...

Tərtərdə mina partlayışı nəticəsində 3 nəfər öldü

Hadisə Materials 28 Aprel 2023 20:57 (UTC +04:00)
Tərtərdə mina partlayışı nəticəsində 3 nəfər öldü

Bakı. Trend:

Tərtər rayonunda mina hadisəsi baş verib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü il aprelin 28-i tarixində Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti