...

Bakı-Qazax yolunda avtomobillər toqquşub, 3 nəfər ölüb

Hadisə Materials 29 Aprel 2023 16:48 (UTC +04:00)
Bakı-Qazax yolunda avtomobillər toqquşub, 3 nəfər ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Qazax yolunda avtomobillər toqquşub, 3 nəfər ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Trend-ə bildirib ki, Bakı-Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində VAZ 2107 və Toyota markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

İlkin araşdırmalar zamanı məlum ki, VAZ 2107 markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənovun ölməsi, digər sərnişinlər Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb. Bundan başqa Toyota markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti