...

Bakı-Şamaxı yolunda dəhşətli qəza, 5 nəfər öldü (VİDEO)

Hadisə Materials 22 May 2023 09:37 (UTC +04:00)
Bakı-Şamaxı yolunda dəhşətli qəza, 5 nəfər öldü (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Şamaxı yolunda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti