...

Aksizsiz tütün məmulatları aşkar olunub (FOTO)

Hadisə Materials 24 May 2023 15:21 (UTC +04:00)
Aksizsiz tütün məmulatları aşkar olunub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Külli miqdarda aksiz markası ilə markalanmayan tütün məmulatları aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonunda yerləşən mağazaların birində qanunvericiliyin tələbinə əsasən aksiz markası ilə markalanmamış tütün məmulatlarının (siqaretlərin) satışının həyata keçirilməsi müəyyən olunub və baxış zamanı mağazanın anbarından külli miqdarda - 179 adda 9989 qutu aksizsiz siqaretlər aşkar edilib.

Hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti