...

Xırdalanda yaşayış binasında yanğın olub

Hadisə Materials 7 İyun 2023 08:52 (UTC +04:00)
Xırdalanda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhərində dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 35 m² olan mağazada 10 m² sahədə geyim əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti