...

Buzovna yaxınlığında dənizdə batan 2 nəfərin axtarışları davam edir (VİDEO)

Hadisə Materials 21 İyun 2023 19:46 (UTC +04:00)
Buzovna yaxınlığında dənizdə batan 2 nəfərin axtarışları davam edir (VİDEO)

Bakı. Trend:

Məlumat verildiyi kimi, ötən gün axşam saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə 2 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in dalğıc-xilasediciləri dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, küləkli hava şəraiti və dənizin dalğalı olmasına baxmayaraq, FHN-in dalğıc-xilasediciləri axtarış işlərini fasiləsiz olaraq davam etdirirlər. Hazırda axtarış işləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Əməliyyatın gedişatı barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti