...

Türkiyəyə məxsus təyyarədə sərnişinin halı pisləşdi - Bakıda təcili eniş etdi

Hadisə Materials 10 İyul 2023 09:18 (UTC +04:00)
Türkiyəyə məxsus təyyarədə sərnişinin halı pisləşdi - Bakıda təcili eniş etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin məlumatı

Trend xəbər verir ki, "Turkish Airlines" aviaşirkətinin İstanbul-Hoşimin reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti