...

Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib

Hadisə Materials 2 Avqust 2023 22:33 (UTC +04:00)
Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib

Bakı. Trend:

Dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum”, sularda xilasetmə məntəqəsinin ərazisində, "Şirvan", “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti