Bakı. Trend:
Mingəçevir şəhərində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın nəticəsində bir minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.