...

Şəkidə ağır yol qəzası baş verib, 3 azyaşlı vəfat edib

Hadisə Materials 18 Avqust 2023 21:09 (UTC +04:00)
Şəkidə ağır yol qəzası baş verib, 3 azyaşlı vəfat edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şəkidə ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti