...

Füzuli rayonunda ağır yol qəzası baş verib, 3 polis əməkdaşı ölüb

Hadisə Materials 19 Sentyabr 2023 01:34 (UTC +04:00)
Füzuli rayonunda ağır yol qəzası baş verib, 3 polis əməkdaşı ölüb

Bakı. Trend:

Sentyabrın 19-da saat 1:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti