Bakı. Trend:
Türkiyə daxili işlər naziri Əli Yerlikaya nazirliyin binası yaxınlığında baş verən partlayışla bağlı açıqlama verib.
Trend-in məlumatına görə, açıqlamada deyilir:
"Saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb".
Qeyd edək ki, Türkiyənin Ankara şəhərində yerləşən Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.
Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilib. Bir çox məntəqələrə gedən yol bağlanıb.