...

Qaxda bir gündə iki yanğın hadisəsi baş verib

Hadisə Materials 7 Oktyabr 2023 17:39 (UTC +04:00)
Qaxda bir gündə iki yanğın hadisəsi baş verib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qax rayonunda ayrı-ayrı ərazilərdə yanğın hadisələri baş verib. Nəticədə bir ev və köməkçi tikili yanıb.

Trend xəbər verir ki, yanğınlardan birincisi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib.

Əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin 100 kvadratmetr sahədə dam və tavan örtüyü tamamilə yanıb. Yanğınsöndürənlərin və qonşuların köməyi ilə evdə olan əksər əşyalar çıxarılıb.

Ev sahibinin sözlərinə görə, yanğın dam örtüyündən baş verib. Hadisə zamanı ailə üzləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Digər yanğın hadisəsi isə Qax şəhəri İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus köməkçi tikilidə qeydə alınıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı köməkçi tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.

Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti