...

Xaçmazda anbarda yanğın olub

Hadisə Materials 15 Oktyabr 2023 23:28 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xudat şəhərində ümumi sahəsi 130 m² olan dəmir konstruksiyalardan ibarət anbarın taxta üzlüyü 55 m² sahədə və içərisinə yığılan taxta taralar yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti