...

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Hadisə Materials 1 Noyabr 2023 09:08 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 113 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 31-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti