Bakı. Trend:
Noyabrın 7-də saat 10 radələrində Masallı rayon Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, həmin şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.