...

Goranboyda qadın yanıq xəsarətləri alıb

Hadisə Materials 2 Dekabr 2023 09:00 (UTC +04:00)
Goranboyda qadın yanıq xəsarətləri alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy rayonu Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Trend xəbər verir ki, rayon sakini, 1979-cu il təvəllüdlü G.Fərmanova əl və üz nahiyyəsinin yanığı diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Qadın səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub. O, hər iki əlin və üz nahiyəsindən yanıq xəsarətləri alıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti