...

Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb

Hadisə Materials 10 Dekabr 2023 12:17 (UTC +04:00)
Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb

Bakı. Trend:

Masallı rayonunda avtomobil yolu keçmək istəyən piyadaları vurub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, dekabrın 9-u saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar - 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti