...

Bakı sakini Qusarda avtomat satarkən saxlanılıb

Hadisə Materials 15 Fevral 2024 08:49 (UTC +04:00)
Bakı sakini Qusarda avtomat satarkən saxlanılıb

Bakı. Trend:

Qusara avtomat satmağa gələn şəxs yaxalanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rahib Nuriyev saxlanılıb.

Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti