...

Bakıda restorandakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 Fevral 2024 20:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

xxx

19:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti