...

Bərdədə 3 maşın toqquşdu: xəsarət alan var (FOTO)

Hadisə Materials 1 Mart 2024 14:02 (UTC +04:00)
Bərdədə 3 maşın toqquşdu: xəsarət alan var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə zəncirvari yol qəzası baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunda, Bərdə rayonunun Şirvanlı kəndində qeydə alınıb. "VAZ-2108", "VAZ-2107", "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-2108"in sürücüsü, 1971-ci il təvəllüdlü İsmayılov Firdovsi Fərman oğlu xəsarət alaraq Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti