...

Sumqayıtda beşmərtəbəli binada yanğın olub

Hadisə Materials 17 Mart 2024 10:48 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan su borusu 0.5 p.m əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti