Bakı. Trend:
Tunis sahillərində son 20 gündə ən azı 58 qeyri-qanuni miqrant Aralıq dənizini keçərək İtaliyaya keçmək istəyən zaman itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Tunis İqtisadi və Sosial Hüquqlar Forumunun üzvü İslam Gharbi bildirib ki, bu dövrdə Tunis sahilləri vasitəsilə İtaliyaya gələn qeyri-qanuni miqrantların sayı 447-yə çatıb.
Onun sözlərinə görə, bu müddət ərzində Tunis hakimiyyəti tərəfindən 1285 qeyri-qanuni mühacir həbs edilib ki, onların da əksəriyyəti Saharadan cənubda yerləşən Afrika ölkələrindən olub.