Bakı. Trend:
Daşkəsən rayonunun Daşkəsən qəsəbəsində ümumi sahəsi 114 m² (hər mərtəbəsi 57 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.