...

Laçında bədbəxt hadisə: ekskavatoru təmir edən usta ölüb

Hadisə Materials 19 Aprel 2024 18:39 (UTC +04:00)
Laçında bədbəxt hadisə: ekskavatoru təmir edən usta ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçında bədbəxt hadisə baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul oğlu ekskavator təmir edən zaman üzərinə dəmir parçası düşüb.

Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti