...

Sumqayıtda iti öldürən şəxs cərimələndi

Hadisə Materials 18 İyul 2024 17:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində sahibsiz itin öldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb və iti öldürən şəxsin Sumqayıt şəhər sakini Yavər Hüseynov olduğu müəyyən edilib.

Trend bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.

Faktla bağlı Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub və qanun pozucusu Y.Hüseynov barəsində cərimə qərarı çıxarılaraq, o, qanunamüvafiq qaydada cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti