...

Samur-Abşeron kanalında batdığı ehtimal edilən şəxslə bağlı AÇIQLAMA

Hadisə Materials 25 İyul 2024 14:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, 23 iyul 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış əməliyyatları fasiləsiz olaraq davam etdirilir.

Ölkədə müşahidə olunan intensiv yağıntılarla əlaqədar kanalda suyun axın sürətinin həddən artıq yüksək olması axtarış əməliyyatını çətinləşdirir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti