Bakı. Trend:
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda qəza baş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayevin Trend-ə verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Rəfiyeva Gülgün Tahir qızının idarə etdiyi "Geely" markalı 77 LB 680 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təkərində yaranan nasazlıq səbəbindən avtomobil yoldan çıxaraq aşıb.
Qeyd edilib ki, sürücü yüngül xəsarətlər alıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan 1989-cü il təvəllədlü Nəsibli Cavid Nəsib oğlunun idarə etdiyi "Kia" markalı 10 HD 202 avtomobil dövlət qeydiyyat nişanlı avtomobilnən, 1990-cü il təvəllüdlü Hüseynova Güldəstə Nafiz qızının idarə etdiyi 77 GH 013 dövlət qeydiyyatı nişanlı avtomobil digər avtomobillə toqquşub. Nəticədə H.Güldəstənin avtomobildə olan nənəsi aşağı ətraf sınığı ilə xəstəxanaya yerləşdirilib.