...

Türkiyədə meşə yanğınları davam edir

Hadisə Materials 29 İyul 2024 03:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 28-dən etibarən Türkiyənin Kahramanmaraş, Antalya, Yalova, İzmir və Qaziantep vilayətlərində meşə yanğınları qeydə alınıb.

Trend xəbər verir ki, İzmir, Yalova və Qaziantepdəki yanğınlar nəzarətə götürülüb, digər bölgələrdə isə alovlarla mübarizə həm havadan, həm də qurudan davam etdirilir.

Yanğınlar nəticəsində Kahramanmaraşda 8, Antalyada isə 30 ev tamamilə boşaldılıb.

Yalovada 4 fərqli bölgədə başlayan yanğınlar ərazini təhlükəyə atıb. Yaşayış yerləri və tətil bölgələrinə 300 metr yaxınlaşan alovlar, intensiv səylərlə nəzarətə alınmışdır.

Qaziantepdə iki müxtəlif nöqtədə başlayan yanğınlar minlərlə insanın iştirak etdiyi işçi qrupu tərəfindən söndürülüb.

Kahramanmaraş və İzmirdəki yanğınlara xüsusi təyyarələr və helikopterlər daxil olmaqla müxtəlif texnika ilə müdaxilə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti