Bakı. Trend:
Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə yas mərasimində qeydə alınıb.
Məlumata əsasən, 93 nəfər zəhərlənib.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.