...

Bərdədə itkin düşən 15 yaşlı qızın meyiti tapıldı

Hadisə Materials 3 Sentyabr 2024 14:32 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində aşkar edilib.

Hadisə yerinə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti