Bakı. Trend:
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
"Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Trend-in əldə etdiyi məlumata görə, hadisəni törədən R. Musayev məktəbli olub.