...

Yevlaxda "Kia" aşdı, xəsarət alanlar var (FOTO)

Hadisə Materials 15 Fevral 2025 12:10 (UTC +04:00)
Yevlaxda "Kia" aşdı, xəsarət alanlar var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Yevlaxda "Kia" markalı minik avtomobilinin aşması 4 nəfərin xəsarəti ilə nəticələnib.

Trend-in yerli müxbiri xəbər verir ki, gecə radələrində, rayonun Aran qəsəbəsində baş verən qəzada 1991-ci il təvəllüdlü Zeynalov Tural Zahid oğlu, 1991-ci il təvəllüdlü Paşayev Asif Elman oğlu, 1991-ci il təvəllüdlü Paşayeva Gülşən Əli qızı və 1996-cı il təvəllüdlü Zeynalova Züleyxa Hüseyin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Mingəçevir şəhər mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti