...

Paytaxtın bu küçəsində yanğınla əlaqədar nəqliyyat sıxlığı yaranıb (FOTO)

Hadisə Materials 15 Fevral 2025 15:08 (UTC +04:00)
Paytaxtın bu küçəsində yanğınla əlaqədar nəqliyyat sıxlığı yaranıb (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada yanğın hadisəsi baş verib. Bu səbəbdən Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilir ki, hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti