...

Ötən gün yol qəzalarının və xəsarət alanların sayı məlum olub

Hadisə Materials 24 Fevral 2025 12:23 (UTC +04:00)
Ötən gün yol qəzalarının və xəsarət alanların sayı məlum olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

Bu barədə Trend-ə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görməyə davam edəcək.

"Sürücülərə və piyadalara bir daha diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edirik. Umutmayaq ki, yol hərəkətinin təhlükəsizliyi hər birimizin məsuliyyətidir", - qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti