...

Lökbatan palçıq vulkanında püskürmə qeydə alınıb

Hadisə Materials 9 Aprel 2025 13:42 (UTC +04:00)
Lökbatan palçıq vulkanında püskürmə qeydə alınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinqi şəbəkəsi tərəfindən 9 aprel 2025-ci il tarixində, yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb.

Bu barədə Trend-ə Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Bildirilir ki, birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti