Bakı. Trend:
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın söndürülüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “TOYOTA”, “MERCEDES”, “VAZ-2107” və “HYUNDAİ” markalı minik avtomobillərinin yanar hissələri və “OPEL” markalı minik avtomobilinin dam hissəsi yanıb.
Anbarın qalan hissəsi və market yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.
xxx
16:43
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.
xxx
15:53
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
xxx
15:26
Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
xxx
14:58
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.