...

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Hadisə Materials 20 May 2025 10:54 (UTC +04:00)
Qanunsuz balıq ovlayan şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Su polisi əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan M.Xanməmmədov saxlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, həmin şəxsdən qanunsuz olaraq ovlanmış kütüm balıqları və müxtəlif növ ov qurğuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti