Zəngilan. Trend:
Zəngilan rayonunda yanğın başlayıb.
Trend-in yerli bürosunun xəbərinə görə, yanğın rayonun Mincivan ərazisində İranla sərhəd istiqamətində baş verib.
Yanğın baş verən əraziyə FHN-nin Füzuli və Zəngilan rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.