...

“TikTok”da saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı

Hadisə Materials 1 Noyabr 2025 10:36 (UTC +04:00)
“TikTok”da saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, “aksesuar auto” adlı “TikTok” səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib.

Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti