Yevlax. Trend:
05.12.2025-ci il tarixində saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:
"Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub".
xxx
11:02
Yevlaxda baş verən yanğın zamanı 1 nəfər ölüb 2 nəfər ağır yanıq xəsarəti alıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, yanğın hadisəsi şəhərdə yerləşən yaşayış binalarının birində baş verib.
Belə ki, baş verən hadisə zamanı bir nəfər qadın ölüb. Evdə olan digər 2 nəfər yanıq xəsarətləri alıb. Yanıq xəsarəti alanın ağır vəziyyətdə olanı paytaxta xəstəxanaya göndərilib.
Yevlaxda baş verən yanğın zamanı şəhər sakini 1945 ci il təvəllüdlü Mikayılova Nərgiz yanaraq ölüb. Evdə olan 1965-ci il təvəllüdlü Vahabova Yasəmən və 1967-ci il təvəllüdlü Mehdiyev Kamran ağır yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanıb.
