...

Xəzər rayonunda yol qəzası: sürücü ölüb

Hadisə Materials 8 Yanvar 2026 09:24 (UTC +04:00)
Xəzər rayonunda yol qəzası: sürücü ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər rayonunda sürücünün həyatını itirməsi ilə nəticələnən qəza baş verib.

Trend-in məlumatına görə, hadisə yanvarın 7-si saat 08:00-da qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əliyev Cavidan Güləli oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində hərəktədə olarkən yolun kənarında dayanmış "Uaz" markalı avtomobilə çırpılaraq aşması nəticəsində C.G.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti