...

Füzulidə qəza oldu - Ölən var

Hadisə Materials 16 Fevral 2026 23:30 (UTC +04:00)
Füzulidə qəza oldu - Ölən var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli rayonunda minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb 4 nəfər xəsarət alıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “QazEl” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sərnişinlərinin biri 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı ölüb.

Minik avtomobilonin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu, və avtomobildə olan sərnişinlər, Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu, Atakişiyeva Brilyant Təbriz qızıdır.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti