Dekabrın 21-də daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 20-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 19 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 32 nəfər həbs edilib.