...

Dekabrın 26-na olan kriminal xronika

Hadisə Materials 27 Dekabr 2005 13:31 (UTC +04:00)

Dekabrın 26-da daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 13-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 5, silah-sursatla əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 18 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti