...

Basman bazarının dağıntıları altından aşkar edilən 57 cəsəd tanınıb

Hadisə Materials 24 Fevral 2006 18:36 (UTC +04:00)

Moskvada Basman bazarının dam örtüyünün dağılması nəticəsində aşkar edilən 58 cəsəddən 57-si tanınıb. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Burada bildiriblər ki, hələlik bazarın dağıntıları altından çıxarılan cəsədlərin tanınması prosesi davam edir. Bu məsələyə həlak olanların iş yoldaşları, yaxınları və qoyumları ilə bərabər səfirliyin nümayəndələri də cəlb edilib.

Həlak olanların cəsədlərinin vətənə yola salınmasına gəldikdə, səfirlikdən bildiriblər ki, bunun 1-2 gündən sonra baş verməsi mümkündür. Çünki hökumətin identifikasiya və sənədləşdirmə prosesi hələ davam edir. Lakin həlak olanların meyidlərinin vətənə yola salınması üçün "Azal" milli aviaşirkəti ilə ilkin razılaşma aparılıb və bu məsələ ilə bağlı xüsusi reys təşkil olunacaq. Yola salınmanın müddəti barədə hələ qərar qəbul edilməyib.

Qeyd edək ki, fəlakətin nəticələrinin ləğv edilməsi üzrə Moskva operativ qərargahının məlumaına görə, bazarın dağılması nəticəsində həlak olan 57 inəfərin cəsədi tanınıb. Eyni zamanda, Moskvanın Təcili Tibbi Yardım Xidməti həlak olanların ümumi sayının 60 nəfər olduğunu bəyan edib. Təcili Tibbi Yardımdan bildirib ki, ümumilikdə, həlak olanların 59-nun cəsədi bazarın dağıntıları altından aşkar edilib.

Xəbər lenti

Xəbər lenti