...

İstanbulda baş vermiş yanğın nəticəsində 6 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb

Hadisə Materials 31 May 2006 11:25 (UTC +04:00)

İstanbulun Sarıyer rayonunda baş vermiş yanğın nəticəsində 6 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb.

Trend in "Xəbər-Türk" telekanalına istinadən xəbər verdiyi kimi, yanğın üçmərtəbəli taxta binada başlayıb və daha sonra alov beşmərtəbəli evə keçib.

İstanbulda tikintidə işləyən 6 nəfər Azərbaycan vətəndaşı Mərkəzi məhəllə, Dursun küçəsi ünvanında yerləşən bu binada yaşayırdı. Yanğın ötən gecə yerli vaxtla saat 01:30-da başlayıb.

Yanğın zamanı Murtuz Həsənlı, Vilayət Hüseynli, Siyavuş Əhməd, Elməddin Hüseynov, Bəhruz Hüseynov və Elxan Hüseynov bağlı evdə olub.

Onlar üçüncü mərtəbədən tullanmalı olub.

O da bildirilir ki, bu şəxslərdən heç biri ciddi xəsarət almasa da, İsmayıl Ağgün adına Sarıyer dövlət xəstəxanasına yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti