...

Kompüter mərkəzində baş vermiş partlayış nəticəsində 6 nəfər xəsarət alıb

Hadisə Materials 5 İyun 2006 16:45 (UTC +04:00)

İyunun 4-dən 5-nə keçən gecə Bakıdakı Dilarə Əliyeva küçəsində, 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində Emin Hüseynov tərəfindən icarəyə götürülmüş otaqda partlayış baş verib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəticədə otağın qapısı və asma tavanı dağılıb, yolun kənarında dayanmış "BMV" markalı və "VAZ-21011" markalı avtomobillərə ziyan dəyib.

Hadisə nəticəsində xəsarət almış E.Hüseynov və Bakı şəhər sakinləri Mahir Cabbarov, Kamran Kərimov, Hüseyn Cavadzadə, Əşrəf Qasımov və Ramin Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti