...

Gəncə Şəhər Dövlət Yol Polis İdarəsinin rəisinin ölümündə təqsirli bilinən şəxslərin məhkəməsi üzrə hazırlıq iclası keçirilib

Hadisə Materials 8 Yanvar 2007 11:40 (UTC +04:00)

Yanvarın 8-də Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməsində Gəncə Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi İkram Xəlilovun ölümündə təqsirləndirilən Zabit Kazımovun və Pərviz Məmmədovun məhkəmə baxışına dair hazırlıq iclası keçirilib. Trend xəbər verir ki, məhkəmə iclasına hakim İmaməli Əsgərov sədrlik edir.

Z. Kazımova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Hadisə baş verən zaman Zabitlə bərabər eyni avtomobildə olan Pərviz Məmmədova Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib.

İttihama görə, yol polis idarəsinin rəisi sürücü Zabit Kazımovu nizam-intizama dəvət edərkən sonuncu rəisə qarşı vəhşilik nümayiş etdirərək onu itələyib. Nəticədə yıxılaraq başı daş parçasına dəymiş rəis dünyasını dəyişib.

Hakim məhkəmə baxışını yanvarın 14-nə təyin edib. Həmin gün təqsirləndirilən şəxslər ifadə verəcəklər.

Xəbər lenti

Xəbər lenti