Azərbaycanın Rusiyadakı səfirliyi dünən Moskvada odlu silahla öldürülmüş tanınmış azərbaycanlı biznesmen Çingiz Sarıyevin qətli ilə bağlı işin gedişini nəzarətdə saxlayır. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin məsləhətçisi Baxış Zeynalov məlumat verib.
Moskvada olan Azərbaycan DİN nümayəndələri bu qətllə bağlı cinayət işini nəzarətdə saxlayırlar.
B.Zeynalovun sözlərinə görə, mərhumun cəsədi yaxın vaxt ərzində qohumları tərəfindən Vətənə aparılacaq.
Ç.Sarıyev Azərbaycanın Ucar rayonunda doğulub, Moskvanın Veşnaykovski bazarında ticarət obyektlərinin sahibi olub, Rusiya paytaxtında Azərbaycan diasporunun fəallarından biri olub.